Saç Mezoterpiayası

Saçların mezoterapiya ilə müalicəsi: mezoterapiya nədir və nə üçün lazımdır?
Əgər sizin saçlarınız öz keyfiyyətini itirmişsə, saçlarınızda saçqıranlar əmələ gəlirsə o zaman bu problemin həllini saçlarının yumaq üçün istifadə etdiyiniz vasitədə axtarmayın. Bu əlamətlərin aradan qalxması üçün  daxildən də müalicə tətbiq etmək mümkündür.

Saçların mezoterapiyası nədir?
Saçların mezoterapiyası onların uzanması və saç strukturunun yaxşılaşması istiqamətində tətbiq olunan müalicə üsuludur. Bu müalicə zamanı ineksiya vasitəsilə başın tüklü hissəsinə lazım olan maddələr yeridilir, nəticədə isə tük soğanaqları qidalanır və sağlamlaşaraq möhkəmlənir.
Mezoterapiya proseduru tükdibi follikulları qidalandırmaq məqsədilə həyata keçirilir. Prosedur dərialtı nahiyəni qidalandırır, qan dövranını yaxşılaşdırır, saçları möhkəm və sağlam edir, dərialtı piy vəzilərinin işini normallaşdırır. Mezoterapiya hər cür saç növünə tətbiq edilir.

Prosedur kimlər üçün vacib sayılır?
Mezoterapiyaya aşağıdakı hallarda müraciət edilir:
* saç tökülmələri
* saç quruluğunun artması və saçqıranların çoxalması
* seboreya, kəpəklənmə zamanı
* saç uclarının haçalanması
* dəmrov
* vaxtından qabaq saçların ağarması

Saç dərisinə mezoterapiya tətbiq edilən zaman yanıq, hematoma, ürəkbulanma və qusma, qıcolma,nekroz, infeksiya düşməsi  kimi yanaşı təsirlər meydana çıxa bilir. Bunların baş verməməsi üçün isə müalicə üçün ixtisaslaşmış mütəxəıssisə müraciət etmək lazımdır.
Mezoterapiyanın çatışmayan cəhətlərindən biri onun bəzən ağrılı olması(bir müddət  qaşınma, şişkinlik, qansızma olması) və baha qiymətə başa gəlməsidir.

Saçlara mezoterapiya proseduru necə tətbiq edilir?
İlk iş həkimlə məsləhətləşməklə başlayır. Prosedur tətbiq edilməzdən əvvəl həkim saç dibində olan hansı çatışmazlığı aradan qaldırmağı təyin edir və iynə vurmaq üçün nələrdən istifadə edəcəyini dəqiqləşdirir. Bu zaman pasiyentin istifadə ediləcək dərman maddəsinə qarşı allergiyası olub olmaması araşdırırlır.

Prosedur tətbiq etməzdən əvvəl saç dərisi spirt və ya xlorheksidinlə silinir, sonbra nazik iynə vasitəsilə saç dərisinə çoxlu sayda iynə vurulur. Daha sonra saç dərisinin iynə vurulan yerinə  mikrob düşməsin deyə yenidən dezinfeksiya edilir.
Optimal müalicə kursu 8-10 porosedur olmaqla həftədə bir dəfə  vurulur.

Müalicə tətbiq edilən gün pasiyentə baş yumaq, günəşin altında gəzmək, spirtli içki qəbul etmək, saunada çimmək və massaj olunmaq məsləhət görülmür.

Mezoterapiya müalicəsinin effekti müalicə başlayandan bir ay sonra , maksimum effekt isə altı aydan sonra özünü göstərməyə başlayır.
Mezoterapiyanın qiyməti onun hansı klinikada və ya kosmetoloji salonddan aparılmasından asılı olaraq müxtəlif olur.

 

PRP saç tökülməsinin müalicəsi

PRP üsulu ilə saç tökülməsinin müalicəsi trombositlərin autoloji inkişaf faktoruna(Growth faktors)əsaslanır. Bu autoloji regenerasiya və tük follikullarının regenerasiyası trombosit plazması hesabına baş verir.

PRP(Platelet Rich Plasma)kişi və qadınlarda saç tökülməsinin qarşısını almaq üçün tətbiq edilən yeni müalicə üsuludur. Bu müalicə üsulu trombositlərdə saçları uzatmaq üçün lazım olan maddələrin effetini artıraraq onların uzanmasına səbəb olur.
PRP tük follikullarının regenerasiyasına və aktivləşməsinə səbəb olur. Bu zaman orqanizm aktivləşməyə cavab verir və follikulların hipofunksiyası artır, saç tökülmələri azalır, yəni regenerasiyanın inkişafına cavab verir.

Müalicə effektinin baş verməsi üçün isə tibbi protokolun (sentrifuqa üsulu və s.)dəqiqliyi, orqanizmdə keçəlləşmənin hansı səbəbdən baş verməsinin düzgün qiymətləndirilməsi vacibdir.

Əldə edilən nəticələrə əsasən PRP müalicəsi Volumed və BERGMANN KORD lazer aparatı obyektinin təsiri ilə həyata keçirilir.
PRP nədir?

PRP  platelet Rich Plasma müalicəsidir. Bu müalisə üsulu trombositlərin tərkibində olan plazmanın xüsusi işləmədən sonra trombositlərə qarışmasına əsaslanır. Bu zaman təmizlənmiş qan plazmasının tərkibində olan inkişaf faktorları(Grown faktors) davamlı olaraq canlanır, toxumaların və hüceyrələrin regenerasiyası sürətlənir.

İnkişaf faktoru(Grown Faktors)saç tökülməsinin müalicəsində hansı rolu oynayır?
Plazmanın tərkibində 55% qan, qırmızı və ağ qan hüceyrələri, trombositlər, zülallar, müxtəlif qidalandırıcı maddələr, vitaminlər, elektrolitlər və müxtəlif komponentlər var. Bunlar qan-damar sistemi ilə orqanizmin hər tərəfində hərəkət edərək yayılır. Plazmanın tərkibində olan iki komponent sitokinlər( inkişaf zülalı)differensasiyaya və immun reaksiyasına cavab  verir və inkişaf faktoru (Growth Faktors)adlanır.
Inkişaf faktoru özünəməxsus zülallardan təşkil olunub trombositlərin tərkibində orqanizmin hüceyrə və toxumaları qidalandırır. Belə ki, plazma orqanizmdə zədələnmiş və fəaliyyəti pozulmuş toxumaların regenerasiyasına və bərpa olunmasına səbəb olur. Bu aşağıdakıların köməyi ilə həyata keçirilir:
* hüceyrədaxili toxumalar zədələndikdə bərpaedici amillərin reaktivizasiyası zamanı
* zədələnmiş nahiyədə hüceyrə proliferasiyasının aktivləşməsi lazım olanda
* hüceyrədaxili metobolizmi artırmaq lazım olduqda
* diversifikasiya baş verdikdə, yəni bir hüceyrə toxumasının başqa hüceyrə toxuması ilə əvəz olunduğu zaman

Saç tökülməsinə qarşı PRP müalicəsinə başlamaq istədikdə ilk növbədə qan təhlillləri müayinə edilir. PRP müayinəsi tamamilə təhlükəsizdir və heç bir yanaşı təsiri yoxdur.

Müayinə elmi BERGHMANN KORD mütəxəssisləri tərəfindən gigyena qaydalarına əməl edərək həyata keçirilir. Prosedur ağrısızdır. Qeyd etmək lazımdır ki,PRP müalicəsi mikrobəleyhinə və iltihabəleyhinə bioloji material hesab olunur və antiseptika qaydalarına əməl etmək tələb olunur və təsirə malikdir.

Ortopedik və xroniki yaralar, yanıq və cərahi kəsiklər zamanı PRP üsunu bir-neçə il tətbiq edilir. Amma, ən çox bu müalicə üsulundan saç tökülməinin qarşısını almaq üçün tətbiq olunur.

PRP müalicəsiniə əks göstətriş varmı?
Əks göstəriş çox azdır.  Yanlız müalicəyə tabe olmayan şəkərli diabet və antikoaqulyantların qəbulu zamanı bu üsuldan istifadə etmək məsləhət görülmür. Buna görə də PRP müalicəsinə müraciət edərkən BERGMANN KORD üsulunu tətbiq edən tibbi personaldan mütləq məsləhət almaq lazımdır.

PRP müalicəsinin nəticələri necə olur?
Saçların tökülməsi zamanı PRP müalicəsi orqanizmin xüsusiyyətlərindən, saç tökülmənin ağırlıq dərəcəsindən asılı olur. Amma, əksər hallarda nəticə daimi olur. Ən yaxşı effekt isə Volumed və BERGMANN KORD vasitəsilə az miqdarda lazer(Soft Laser)tətbiq edəndə meydana çıxır.
İonofarez: Saç tökülməsi zamanı yeni  farmaseptik vasitələrdən istifadə etmək

İonofarez Amerika dərman assosiasiyası FDA( Food and Drug Administration)tərəfindən 1970 ildən tətbiq edilməyə başlamışdır. Bu dərman vasitələrinin dəriyə elektrik vasitəsilə daxilə  yeridilməsidir. Müalicə zamanı suda həll ola bilən dərman maddəsi müsbət və mənfi ionlar vasitəsilə orqanizmə yeridilir.

İonlar ən kiçik atom hissəcikləri olub mənfi və müsbət yüklü olurlar. Bu ionların hər iki növü eyni zamanda orqanizmə daxil olduqda  toxumalara müalicəvi təsir göstərir.

Müalicə zamanı “ giriş qapısı”dəri, tər vəziləri və saç kökləri hesab edilir. Müalicə zamanı elektik cərəyanı orqanizmin dərin qatlarına keçir, dərman vasitələrini ionofarez vasitəsilə toxumalara yeridir.

Bu müalicə metodundan dünyanın bir çox ölkələrində istifadə edilir.
Bu tibbi müalicə vasitəsilə androgen, ocaqlı və geniş spektrli keçəlləşməni müalicə etmək mümkündür. Müalicə zamanı ionlar tük follikullarının dəridə olan giriş qapısı vasitəsilə tər vəzilıərinə və tük köklərinə təsir göstərir.
PRP müalicəsi zamanı lazım olan maddələr transdermal yolla daxilə yeridilir. İonofarez müalicəsinin yeni üsullarla tətbiqinin aşağıdakı xüsusiyyətləıri var:
1) tamamilə ağrısızdır
2) invaziv üsul sayılmır
3) zədə alma və infeksiya düşmə qorxusu yoxdur
4) faydalı maddələri və dərmanları ətrafa deyil, yanlız yerli olaraq birbaşa tük diblərinə yeridir
5) dərman və faydalı komponenetlər nəzarət altında toxumalara ötürülür
6) tük follikullarına tətbiq edən zaman qalvanik aparatı aşağı gərginlikdə qoymaq lazımdır.