Hər kəs gözəl saçlara sahib olmaq istəyir, saçların tökülməsi isə insanların bu arzusunu ürəyində qoyur.Saç follikullarının məhv olması və saçların tökülməsi müxtəlif səbəblərdən baş verə bilir. Bəzən saçların tökülməsinə onların quru və ya yağlı olması da səbəb ola bilir. Saçların tökülməsi bəzi hallarda keçəlləşməyə səbəb olur. Bu zaman isə pasiyent transplantoloq həkimə müraciət edir, həkim isə pasiyentin saçlarının əvvəlki və sonrakı hallarına baxaraq qərar verir.

Keçəlləşmənin baş verməsinin əsas səbəblərindən biri də androgenetik alopesiyadır ki, bu da saçların "kişi tipinə" uyğun olaraq tökülməsidir. Bu hal ən çox genetik anomaliyalar səbəbindən baş verir. Bu zaman saç kökləri dihidrotestosteron hormonuna qarşı həssas olur. Bu həssaslıq zamanı hormon saç follikullarına təsir edir və saç follikullarında mikrosirkulyasiyanın pozulması  baş verir. Nəticədə isə saçlar parlaqlığını itirir,nazikləşir və uzanması ləngiyir. Bu zaman follikul epitel toxuma ilə əvəz olunur,amma, follikul tamamilə atrofiyalaşmır. Bunula isə səriştəsi olan mütəxəssis məşğul olduqda şəkillərdəki əməliyyat sonrası vəziyyət meydana çıxır.

Alopesiya təkcə kişilərdə deyil, 10-30% halda qadınlarda da meydana çıxır. Qadınlarda estrogen miqdarının yüksək olmasıdan dolayı onlarda keçəlləşmə daha gec meydana çıxır. Saç tökülməsi xanımlarda yaşından asılı olmayaraq  mənfi emosiyaların meydana çıxmasına səbəb olur.
Saç əkilməsi bir çox klinikalarda həyata keçirilir. Mütəxəssislər isə bunun ən etibarlı müəssisələrdə həyata keçirilməsini məsləhət görürlər. Belə klinikalarda ciddi konfidensiallıq qorunub saxlanılır və bir çox hallarda əməliyyatdan əvvəlki və sonrakı rəsmlər pasiyentin icazəsi olmadan başqalarına nümayiş etdirilmir.